Vakansiya! AGBank-da karyera qurmaq imkanı

Vakansiya! AGBank-da karyera qurmaq imkanı

Ali təhsil mütləqdir.
 
Vəzifə: Sistem Administratoru
İşəgötürən: AGBank
Tələblər:
 
• Ali təhsil
• İşcilərin sayı 500 nəfərdən artıq və coğrafı infrastruktura malik olan təşkilatda ən azı 3 il sistem administratoru vəzifəsində iş təcrubəsi
• HP server avadanlıqları üzrə iş təcrübəsi: sinif Proliant DL (G6/G7/G8)
• Storage texnologiyaları üzrə iş təcrübəsi: Orta sinif disk sistemləri (İBM Storwize, DS5020)
• Yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, İBM Tivoli, Veeam Backup&Replication və s.
• Virtualaşma üzrə iş təcrübəsi : VMware Vcenter, ESXi, Heartbeat, Site Recovery
• Azərbaycan dili bilikləri
• Rus, İngilis dili bilikləri (texniki sənədlərin oxunması və tərcüməsi)
• Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows Server: 2003/2008/2012, Active Directory, Exchange server 2010/2013, GP, WSUS, PowerShell, Certificate Authority
• Web serverlər ilə iş təcrübəsi: Apache, IIS (Web sites, FTP/FTPS servers), 
• Firewall sistemləri ilə iş təcrübəsi
• Antivirus sistemləri ilə iş təcrübəsi
• Sertifikatlaşdırma: Microsoft Certified Solution Associate (MCSA), Microsoft Technology Associate (MTA)
• Azərbaycanın rayonlarına səyahət etmək imkanı
• Diqqətlilik
• Ünsiyyət qurma bacarığı
• İcraedici
 
Arzu olunandır
 
• Linux: Ubuntu/Suse, AİX əməlliyət sistemi üzrə iş təcrübəsi
• SAN (Storage Area Network) üzrə iş təcrübəsi
• Cisco Şəbəkə avadanlıqları ilə iş təcrübəsi
• İBM server avadanlıqları üzrə iş təcrübəsi: PowerSystems (məsələn 750)
 
Vəzifə öhdəlikləri:
 
• Server infrastrukturunun administrasiyası
• Server avadanlıqlarının administrasiyası və texniki dəstəyi
• Virtualaşma sistemlərinin administrasiyası və texniki dəstəyi
• Yedəklənmə sistemlərinin adminstrasiyası 
• Proqram təminatının monitorinqıının məhsuldarlığı
• Korporativ poçt sisteminin administrasiyası və texniki dəstəyi
• Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqənin yaradılması
• Sistem problemlərinin həlli və diaqnostikası
• Avadanlığının quraşdırılması və sazlanması
• Dəyişikliklərin sənədləşdirilməsi
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] (Sabina Qulamzadə) elektron ünvanına göndərin.
 
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər