Vakansiya! Keyfiyyətə nəzarət mühəndisi işləmək imkanı

Vakansiya! Keyfiyyətə nəzarət mühəndisi işləmək imkanı

Əmək haqqı 1500-2000 AZN
 
Vəzifə: Keyfiyyətə nəzarət mühəndisi
İşəgötürən: SMTS MMC
İş barədə məlumat:
 
-Rəhbərliyə təftişlər və keyfiyyətə təminat metodları barədə təkliflər vermək;
-Resursları və vaxt qrafikini planlaşdırmaq;
-Keyfiyyət yoxlamasını həyata keçirmək və icrasına nəzarət etmək, proses və nəticələr barədə hesabat vermək və nəticəni qiymətləndirmək;
-Keyfiyyətə təminat üzrə göstəricilər və tədbirləri müəyyən etmək; 
-Müvafiq sahədə işçi heyətini məlumatlandırmaq, təlimatlandırmaq və işçi təlimləri həyata keçirmək; 
-Keyfiyyət üzrə məlumatlılıqla bağlı daxili təşviqat işlərini həyata keçirmək və s.
 
Namizədə tələblər:
 
Təhsil - Ali təhsil
İş təcrübəsi- 3-5 il
Yaş həddi -25-45
Cinsi - kişi
 
İş saatı - 8:00 -18:00
İş rejimi - 6 günlük
 
Kompyuter bilikləri - MS ofice, Word, Excell, Autocad proqramlarını mükəmməl bilməsli
Dil bilikləri- Azərbaycan dili mükəmməl səviyyədə, İngilis  dili orta səviyyədə bilmək
İSO-9001, İSO-14001, 18001 SERTİFİKATI olmalı
Komandada işləmək bacarığı  
      
 
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı- 1500-2000 AZN
 
Sizi öz kollektivimizdə görməyə şad olarıq!                    
 
Maraqlananlar   şəkilli cv-lərini mövzu yerinə  Keyfiyyətə nəzarət mühəndisi qeyd edərək   [email protected]  ünvanına göndərə bilərlər.
Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər