Vakansiya! Katiblik departamentinin Direktoru vəzifəsində işləmək imkanı

Vakansiya! Katiblik departamentinin Direktoru vəzifəsində işləmək imkanı

Bank sektorunda çalışmaq istəyənlər üçün
 
Vəzifə: Katiblik departamentinin Direktoru
İşəgötürən: Bank BTB ASC
İş barədə məlumat:
 
- Bankdaxili kargüzarlıq və arxivləşdirilmə prosesinin təşkili və nəzarət
- Elektron sənəd mübadiləsinin yaradılması/təşkili
- Kargüzarlıq işinin aparılması, o cümlədən daxil olan və göndərilən məktubların müvafiq qaydada qeydiyyata alınması, məktubların və digər sənədlərin təyinatı üzrə təqdim edilməsi.
- Banka daxil olan məktub, sənədlər, zənglərə nəzarət.
- Katibliyə daxil olan bütün istəklərə nəzarət və bankdaxili hesabatların hazırlanması və təqdim edilməsi 
- İş qrafiki: həftənin 5 günü, saat 09.00-18.00
 
Namizədə tələblər:
 
-  Ali təhsil 
-  Kargüzarlıq və idarəetmə sahələrdə 2 il təcrübə
-  Təhlil etmə bacarığı 
-  Komandada və fərdi işləmək qabiliyyəti 
-  Tez və düzgün qərar vermək bacarığı
-  Analitik düşünmə qabiliyyəti 
-  Azərbaycan və rus  dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək
-  Microsoft Office proqramlarında işləmə qabiliyyəti
 
Göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini 5 Fevral, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Katiblik departamentinin Direktoru)  göstərməyiniz xahiş olunur.
Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər