Vakansiya! FİNCA Azerbaijan-da işləmək imkanı

Vakansiya! FİNCA Azerbaijan-da işləmək imkanı

Uyğun sahədə (maliyyə, mühasibat, riyaziyyat) ali təhsil (magistr təhsili olanlara üstünlük verilir) olmalıdır.
 
Vəzifə Lahiyə koordinatoru
İşəgötürən FINCA Azerbaijan
 
Əsas vəzifə öhdəlikləri:
 
Alternativ Ödəniş Kanalları (AÖK) üzrə xidmət təminatçısına bütün lazımi məlumatlarla birgə təklifin göndərilməsi və xidmət təminatçıları ilə birlikdə terminalların quraşdırılması və ya mövcud terminalların yerlərinin dəyişdirilməsi işinin təqib edilməsi;
Yeni terminalların quraşdırılması və ya mövcud terminalların yerlərinin dəyişdirilməsi və  mübahisəli məsələlərin həlli zamanı yaranan məsələlərin xidmət təminatçıları və F/AZ filialları ilə koordinasiya edilməsi;
AÖK əməliyyatlarının aylıq əsasda hesabatının hazırlanması və təhlili;
Hər 15 gündən bir müştərinin kredit verilmə tarixinin yoxlanılması və qeyd olunan formatda sığorta şirkətinə təqdim olunması;
Müştərinin statusunu yoxlanılması və 2 həftəlik müddətə hesabat verilməsi, filiallarla birgə tələb olunan sənədlərin toplanmasının təmin edilməsi.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
 
Uyğun sahədə (maliyyə, mühasibat, riyaziyyat) ali təhsil (magistr təhsili olanlara üstünlük verilir),
Uyğun sahədə ən azı 1 il iş təcrübəsi;
MS Office proqramları üzrə (xüsusilə MS Excel üzrə mükəmməl) biliklər;
Güclü təhliletmə qabiliyyəti, hesabatvermə və ünsiyyət bacarığı;
İşdə dəqiqlik, detallara diqqət etmək, şəffaflığın təmin olunmasına məsuliyyətli yanaşma;
Tez mənimsəmək qabiliyyəti, özünü inkişaf etdirmək məqsədi;
Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№059/15) qeyd etməklə göndərə bilərsiniz.
 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
 
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
 
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər