Vakansiya! Bank Avrasiya-dan iş elanı

Vakansiya! Bank Avrasiya-dan iş elanı

Ali iqtisadi təhsil və ya biznes üzrə təhsil olmalıdır.
 
Vəzifə HÜQUQİ ŞƏXSLƏRİN KREDİTLƏŞDİRİLMƏSİ ŞÖBƏSİNİN MÜDİRİ
İşəgötürən Bank Avrasiya ASC
Əmək haqqı 1300 AZN
Yaş
30 - 40 
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Telefon
(012) 598-85-85
E-mail
 
İş barədə məlumat
İşin təsviri: 
- Şöbənin işini planlaşdırmaq və təşkil etmək, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən şöbəyə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil etmək
- Əsas bank proqramında və digər proqram vasitələrində kreditləşmə əməliyyatlarının əks olunmasını təmin etmək; 
- Kreditləşməyə aid bütün digər arxa ofis funksiyalarını təşkil etmək 
- Ona birbaşa hesabatlı olan işçilərin vəzifə təlimatlarını və hədəflərini müəyyən etmək, onlara təlim və məsləhət vermək, fəaliyyətlərini qiymətləndirmək 
- Bankın strategiyasına uyğun olaraq, kredit bazarını mütəmadi olaraq təhlil etmək və kreditləşmə proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək 
- Bankın menecmentinin müəyyən etdiyi və bankdaxili qaydalarla müəyyən olunmuş kredit biznesi üzrə hesabatlar hazırlamaq 
- Bankdaxili qaydalara müvafiq olaraq, borcalanların biznesinə və girov əmlakına yerində baxışı təşkil etmək 
- bankdaxili qaydalara müvafiq olaraq, kreditlərin monitorinqini təşkil etmək 
- Bankın girovların ilkin və yenidən qiymətləndirilməsi, monitorinqi üzrə siyasətini, ona əlavə və dəyişiklikləri hazırlamaq, müvafiq təsdiqdən sonra icrasını təmin etmək 
- Qiymətləndirici və sığorta şirkətlərinin qiymətləndirmə prosesinə nəzarət etmək, ehtiyac olduqda bu prosesdə iştirak etmək 
- Kredit qovluqlarının aparılması və etibarlı saxlanmasını təşkil etmək; 
- Kreditləşmə ilə əlaqədar sığorta müqavilələrinin müddətlərinə nəzarəti təşkil etmək.
Namizədə tələblər
Namizədlər üçün irəli sürülən tələblər: 
- Ali iqtisadi təhsil və ya biznes üzrə təhsil 
- Ən azı 3 il kreditləşmə sahəsində bank təcrübəsi 
- MS Office proqramların üzrə biliklər 
- Analitik qabiliyyət 
- Dəqiqlik bacarığı 
- Məsuliyyətlilik 
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
CV–ləri [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Mənbə boss.az

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər