Vakansiya! İnformasiya Texnologiyaları şöbəsinin müdiri işləmək imkanı

Vəzifə: İnformasiya Texnologiyaları şöbəsinin müdiri
İşəgötürən: BOKT Embafinans MMC
Əsas vəzifə və öhdəliklər:
• Şöbə daxilində səmərəli iş bölgüsünün təmin edilməsi;
• Rəhbər orqanlar tərəfindən strateji plan və layihələrin həyata keçirilməsi;
• Daxili İT sistemlərinə və sistem istifadəçilərinə davamlı dəstəyin təmin edilməsini təmin edən idarəetmə sistemini formalaşdırmaq;
• Gündəlik fəaliyyət hesabatlarının təqdim edilməsi;
• İT idarəçilik və təhlükəsizlik üzrə hüquqi tələbləri başa düşmək;
• Yarana biləcək IT problemlərini səmərəli və tam həll etmək;
• Cari və gələcək sistem ehtiyaclarını müəyyən edilməsi və müəyyən olunmuş qayğılarını həllini təmin etmək.
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
• IT sahəsində universitet diplomu və müvafiq sahədə 5 il iş təcrübəsi
• Maliyyə sektorunda IT idarəetmə təcrübəsi üstünlük sayılır.
• Microsoft SERVER 2003/2008/2012 (domain controller), Mail server(istənilən) və Kerio Connect bilikləri.
• MS SQL verilənlər bazasının idarəetmə təcrübəsi.
• Apache Tomcat Web server və JAVA təcrübəsi
• MS SQL sorğu yazma (T-SQL) təcrübəsinə üstünlük verilir.
• CISCO şəbəkə avadanlığı ilə işləmə təcrübəsinə üstünlük verilir.
• Təşkilati və ünsiyyət yaratma bacarıqları.
• Stress altında çalışma bacarığına sahib olmaq.
• İT infrastruktur və texnologiyalarının ( şəbəkə, verilənlər bazası, biznes tətbiqləri və inkişaf metodologiyaları) ümumi anlayışı.
• Planlama və gözlənilməz hallar üçün plan inkişaf etmə bacarığı.
Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume)
[email protected] ünvanına göndərə bilərlər.
İş qrafiki: 6 günlük iş qrafiki. I-V günlər saat 09.00-18.00, VI gün 10.00-15.00
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın