FİNCA Azerbaijanın Tovuz filialında “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək imkanı

Ali və ya orta texniki təhsilli məzunlar müraciət edə bilərlər.
Gənc Kredit İşçilərinin İnkişafı(Tovuz)
FINCA Azerbaijan
TƏLƏBLƏR:
Ali və ya orta texniki təhsilli məzunlar;
Baza riyazi biliklər;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
GKİ layihəsinə müraciət etmək üçün iş təcrübəsinin olması vacib tələb deyildir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
FINCA məhsulları barədə ətraflı məlumat toplamaq, suallar yarandıqda Kredit Supervayzeri və yönəldiciyə müraciət etmək;
Kredit verilməsi prosesi ilə əlaqədar olan forma və sənədlərin doldurulmasını yönəldicidən öyrənmək;
Müştərilərin sosial-maliyyə vəziyyətinin təhlili prosesində iştirak etmək, formalarla tanış olmaq, formaların doldurulmasında yönəldiciyə yardım etmək;
Ehtiyac olarsa, yönəldici ilə birlikdə girova baxış keçirmək, girovun qiymətləndirilməsi ilə bağlı yönəldicidən öyrənmək və öyrəndiklərini dəqiqləşdirmək üçün suallar vermək;
Problemli müştərilərlə iş prosesində yönəldicini izləmək və s.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 21 Yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni və iş elanının nömrəsini (№048 /15) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim etməyiniz xahiş olunur:
Ünvan: Tovuz, H.Aslanov küç
Telefon: (022) 315 45 66, (055) 455 25 82
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik. Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın