Vakansiya! Azerfon-dan yeni iş elanı

Vakansiya! Azerfon-dan yeni iş elanı

İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat, Kibernetika üzrə Ali təhsil olmalıdır.
 
Vəzifə Loyallıq və  Məqsədyönlü Marketinq üzrə Mütəxəssis
İşəgötürən Azerfon
 
Tələblər:
 
• İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat, Kibernetika üzrə Ali təhsil
• Telekommunikasiya , FMCG və Maliyyə sahələrində Hesabatların Təhlili və Proqnozlaşdırma üzrə 1-2  il iş təcrübəsi
• SAS/SPSS/STATA/WEKA/R- statistik proqramaları və SQL proqramlaşdırma dili üzrə biliklər üstünlük hesab edilir
• Yüksək analitik və kreativ düşüncə qabiliyyəti
• Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlükdür
• Böyük Həcmli Məlumat bazaları ilə işləmə qabiliyyəti 
• Azərbaycan və İngilis dillərini mükəmməl bilmək 
• MS Office proqramlarını yaxşı bilmək (Mükəmməl Excel biliyi)
• Qeyri- iş saatlarında işləmə imkanı
 
Tələb olunan Səriştələr:
 
• Bütövlük
• Müştəri yönümlü 
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü 
• Davamlı  təkmilləşmə  
• Strukturlu və metodoloji düşünmə qabiliyyəti
• Müxtəlif və mürəkkəb məlumat toplusundan biznes yönümlü təhlillərin aparılması və nəticəni aydın izah etmə bacarığı
• Yüksək dəqiqlik və detallara diqqət yetirmə
• Gərgin iş şəraitində işləmə imkanı
• Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və ya təqib etmə qabiliyyəti 
• Sürətli öyrənmə qabiliyyəti
 
Vəzifə və Öhdəliklər:
 
• Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz modellərin hazırlanması, avtomatik mükafat sistemlərinin inkişafı və modelin effektivliyini monitorinq etmək
• Abunəçilərin davranışının təhlili və proqnoz edilməsi, davranış tendensiyalarını aşkarı və əldə edilən məlumatlara əsaslananaraq müştəri yönümlü  məhsul və xidmət portfelinin inkişafı 
• Hədəf marketinq və loyallıq sahələrində yerli bazardakı dinamikanı, tendensiyaları və dəyişiklik göstəricilərini təhlil etmək və onların şirkətə təsirini qiymətləndirmək 
• Abunəçi bazasının seqmentasiyası, mikro-seqmentasiyası və müştərilərin seqmentlər əsasında profillərinin təyin olunması. 
• Seqmentin davranışını proqnoz etmək məqsədilə analitik və statistik modelləri yaratmaq və hər hədəf qrupu üçün xüsusi təklifləri formalaşdırmaq 
• Hər kampaniya üzrə abunəçilərin qorunması, əldə edilən gəlir, istifadə və İƏG (ROİ) nöqteyi nəzərdən geri verimini monitorinq etmək və qiymətləndirmək 
• Müştəri axını və qoruma strateqiyalarının, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılması, müxtəlif məhsulların satışı təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq departamentlər ilə əməkdaşlıq etmək 
• Telesatış heyətinin müştəri axınını qorunması, telesatışın artımı/müxtəlif məhsul satışı üçün seqmentasiya modelinə və əməliyyat plan-sxeminə müvafiq olaraq fəaliyyətlərin icrasını koordinasiyasına etmək 
• Yenilənmiş CLV modeli, istifadənin stimullaşdırılması təşəbbüslərini icra etmək, loyallıq proqramlarını, satış artımı/müxtəlif məhsul satışı təşəbbüslərini hazırlamaq
 
• Son müraciət tarixi – 15.02.2015.
 
• Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.
 
• Başlıqda Loyallıq və  Məqsədyönlü Marketinq üzrə Mütəxəssis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
 
• Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər