Vakansiya! İnkişaf üçün Maliyyə MMC-də Müştəri xidmətləri üzrə mütəxəssis işləmək imkanı

Menecment, marketinq, sosial idarəçilik üzrə ali təhsil olmalıdır.
Vəzifə Müştəri xidmətləri üzrə mütəxəssis
İşəgötürən: İnkişaf üçün Maliyyə MMC
Tələblər:
• Menecment, marketinq, sosial idarəçilik üzrə ali təhsil
• Müştəri xidmətləri, bazar araşdırması, marketinq üzrə 1 il iş təcrübəsinə malik olmaq
• Proqram /layihələr idarəetmə təcrübəsinə malik olmaq
• İnsanlarla işləmək, dinləmək, ünsiyyətə girmək bacarıqları;
• Ölkə ərazisində səfər edə bilmək imkanı
• Azərbaycan dilində səlis danışmaq və başa düşmək, fikri tam və başa düşülən səviyyədə ifadə etmək; İngilis dili biliklərinə malik olmaq üstünlük kimi qəbul ediləcək
• Araşdırma, təlimçilik və ya öyrətmə bacarıqları
• Maliyyə xidmətlərini yaxşı qavrama
• Əla ünsiyyət və şəxsi bacarıqlar
• Komanda şəklində işləmək bacarıqları
• Kompüter bacarıqları
İş funksiyaları:
• Müştəri xidmətləri ilə əlaqədar fəaliyyətlərin idarə edilməsi
• Müştəri şikayətləri və müraciətlərinin qəbulu, qeydiyyatı, təhlili, təsnifləşdirilməsi, araşdırılması və cavablandırılması
• Müştəri xidmətləri üzrə xarici tərəfdaşlar ilə layihələrin icrasında təşkilatın təmsilçisi qismində çıxış etmək
• Sosial məsuliyyətlərin idarə edilməsi ilə bağlı fəaliyyətlər
• Müvafiq sahə üzrə layihələrin icrası
• Müvafiq təlimatların, strategiyaların hazırlanıb, təsdiq üçün İdarə heyəti qarşısında əsaslandırılması
• Müvafiq strategiya üzrə icraatın təşkili və nəticələrin rüblük əsasda təqdim edilməsi
• Müştəri xidmətlərinin keyfiyyəti üzrə təşkilatın filialları və baş ofislərində təlimlərin keçirilməsi
• Marketinq işinin aparılması
Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:
Faks: 4927763 (Dax. 11)
1. Ərizələrin (CV və ya Resume) qəbulu 26 Yanvar 2015-ci il tarixinədək davam edəcəkdir.
2. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə “müştəri xidmətləri üzrə mütəxəssis” yazmağınız xahiş olunur. Əks halda CV-nizə baxılmayacaq.
3. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.
Mənbə jobsearch.az
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik. Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın