Vakansiya! FİNCA Azerbaijan-da işləmək imkanı

Vakansiya! FİNCA Azerbaijan-da işləmək imkanı

Uyğun sahədə (maliyyə, mühasibat, riyaziyyat) ali təhsil və/və ya sertifikat olmalıdır.
 
Vəzifə Məhməkə işləri üzrə kiçik mühasib
İşəgötürən FINCA Azerbaijan
 
Contact Email: [email protected] 
 
Məqsəd:
 
Məhkəmə işləri və təhqiqatlara dəstək məqsədilə müştəri hesabları haqqında məlumatların təqdim olunması, müəyyən olunmuş qaydada müştəri hesabları haqqında məlumat tələb olunduğu təqdirdə əlaqədar kənar şəxslər və dövlət müəssisələri ilə əlaqələrin yaradılması. Müştəri hesabları haqqında məlumat tələblərinin vaxtında cavabladırıldığını və bu funksiyanın yüksək dərəcəli müştəri xidmətlərinə müvafiq tərzdə icra olunduğunu təmin etmək.
Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:
 
Uyğun sahədə (maliyyə, mühasibat, riyaziyyat) ali təhsil və/və ya sertifikat,
Mühasibat standartlarını bilmək arzuolunandır;
MS Office proqramları üzrə (xüsusilə MS Excel üzrə mükəmməl) biliklər;
Güclü təhliletmə qabiliyyəti, hesabatvermə və ünsiyyət bacarığı;
İşdə dəqiqlik, detallara diqqət etmək, şəffaflığın təmin olunmasına məsuliyyət;
Tez mənimsəmək qabiliyyəti, özünü inkişaf etdirmək məqsədi;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, praktik ingilis dili bacarığı.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№041/15) qeyd etməklə göndərə bilərsiniz.
 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
 
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
 
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər