
Vakansiya! Kadrlar üzrə mütəxəssis işləmək imkanı
Ofis və kompüter avadanlığı ilə işləmək bacarığı olmalıdır.
Vəzifə: Kadrlar üzrə mütəxəssis
İşəgötürən: Baku Bus MMC
Tələblər:
• Ali
• KişiQadın
• 27-45 yaşında
• Azərbaycan dili (mükəmməl səviyyəsi yazılı və şifahi), İngilis dili(orta səviyyədə bilik)
• Kadrlar sahəsində minimum 5 il təcrübəsi
• Ofis və kompüter avadanlığı ilə işləmək bacarığı
• Ünsiyyət və təqdimat bacarıqları
• İşində dəqiq və məsuliyyətli olmaq
• Komanda ilə işləmək bacarığı
Vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə,Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
• Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
• Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı
• Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma və s.) ;
• İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının və s.;
• Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı
• İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Respublikasının Qanunvericiyinə uyğun olaraq arxivləşdirmək;
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi(anketlərinizi) elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz [email protected]
Mənbə jobsearch.az
Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda Son dövlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik. Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın