Vakansiya! Xalq Bankdan daha bir iş elanı

Ali magistr təhsili (Maliyyə, İqtisadiyyat, Menecment, Bank işi və Hüquq) olmalıdır.
İşəgötürən: Xalq Bank
Vəzifə: İşlər İdarəsinin Katibliyinin stajçı katib – referenti/baş katib-referenti
Əmək haqqı: (560 AZN-dən 1960 AZN-dək)
Vəzifə : ( Satjçı katib-referent, kiçik katib-referent, katib-referent, aparıcı katib-referent, böyük katib-referent, baş katib-referent)
Qeyd 1 : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı ödənilməklə (560 AZN) stajçı katib-referent götürülə bilər.
İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Qeyd: Vakansiya sadəcə xanımlar üçün nəzərdə tutulub
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali magistr təhsili (Maliyyə, İqtisadiyyat, Menecment, Bank işi və Hüquq);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Ofis ləvazimatları (Printer, scanner, fax) ilə işləmək bacarığı;
• Kompüter bilikləri:
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• Stressə davamlılıq;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İŞİN TƏSVİRİ:
• Daxil olan və xaric olan sənədlərin qeydiyyatının aparılması;
• Məktubların, ərizələrin yazılması;
• Bankın əməkdaşlarına viza almaları üçün zəruri sənədlərin hazırlanılması;
• Müqavilələrin qeydiyyatının aparılması;
• Alqı - satqı protokollarının hazırlanılması;
• Təsərrüfat mallarının alınması üçün yazılmış sifariş ərizələrinin qeydiyyatı;
• Sədr və müavinlərin imzasına təqdim ediləcək sənədlərin hazırlanılması;
• Filialların tikintisi ilə əlaqədar olaraq Dövlət orqanlarına təqdim edilən məktubların hazırlanılması;
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Mənbə jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın