Vakansiya! FİNCA Azerbaijan-da işləmək imkanı

Vakansiya! FİNCA Azerbaijan-da işləmək imkanı

 

Marketinq, kommunikasiya, informasiya texnologiyaları və ya rəqəmsal marketinq sahəsi üzrə ali təhsil arzuolunandır.
 
Vəzifə: Media və Rəqamsal Marketinq İşçisi
İşəgötürən: FINCA Azerbaijan
 
Əsas vəzifə öhdəlikləri:
 
•         Bütün növ rəqəmsal reklamlarla bağlı araşdırmalar keçirmək, rəqəmsal reklam strategiyasının müəyyən edilməsi və tətbiqi ilə bağlı lazımi bütün məsələlərin həll edilməsi və bu sahədə xidmət göstərən şirkətlərlə əlaqə saxlamaq və işgüzar əlaqələr qurmaq;
•         Mühüm elekton KİV-lərlə əlaqələr qurmaq, reklam xarakterli məlumatlar hazırlamaq və yayınlanmasını koordinasiya etmək;
•         Fərqli departamentlərlə sıx əlaqədə işləyərək həmin departamentlərin ehtiyaclarının müəyyənləşdirilməsi və ehtiyaclara yönəlik spesifik rəqəmsal strategiyaların hazırlanması;
•         “FINCA Azerbaijan”-ın web saytının mütəmadi olaraq yenilənməsini, məhsullar və xidmətlər barədə son məlumatların yayınlanmasının təmin edilməsi;
•         “FINCA Azerbaijan” sosial media və axtarış saytları segmentlərində olan reklamlarının hazırlanması və həyata keçirilməsi;
•         “FINCA Azerbaijan” rəqəmsal sahədə genişlənə biləcəyi məkanların araşdırılması və təklif edilməsi;
•         Fərqli xarakterli (satış, imic, informativ və.s) radio reklamlara olan tələbatın araşdırılması, uyğun təkliflərin hazırlanması və icrasının təmin edilməsi;
•         Mütəmadi olaraq media reklamlarla bağlı araşdırmalar etmək, dəyişən bazar şəraitinə uyğun təkliflər verərək təşkilatın gündəmdə qalmasını təmin etmək;
 
Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:
 
•         Marketinq, kommunikasiya, informasiya texnologiyaları və ya rəqəmsal marketinq sahəsi üzrə ali təhsil arzuolunandır;
•         İnformasiya texnologiyaları və Marketinq sahəsində təcrübə arzuolunandır;
•         Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
•         SEO (Axtarış sistemləri optimizasiyası) və ya SEM (Axtarış sistemləri marketinqi) üzrə biliklər;
•         Google Analytics, Adwords, Adsense üzrə biliklər;
•         Wordpress CMS sistemi üzrə işləmə bacarığı vacibdir;
•         Azərbaycandakı mövcud bazar şəraiti, fərqli saytların reytinqi və.s bilmək;
•         Rəqəmsal marketinq kampaniyalarının keçirilməsində təcrübəsi olanlara üstünlük verilir;
•         Sosial şəbəkə reklamları haqqında mılumatlı olmaq;
•         Mükəmməl analiz bacarıqları və  təşkilati bacarıqlar;
•         TV kanalları haqqında məlumatlı olmaq və mütəmadi olaraq məlumatları yeniləmək;
•         Radio verlişləri haqqında məlumatlı olmaq və mütəmadi olaraq məlumatları yeniləmək;
•         Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda ilə işləmək bacarığı;
•         Vaxtaşırı Azərbaycanın bölgələrinə səyahət etmək;
•         Qrafik dizayn və statistik analiz proqramlarını bilənlərə üstünlük verilir.
 
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 18 Yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə əsli [email protected] , elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№012/15) qeyd etməklə göndərə bilərsiniz. 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
 
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 858687
 
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə jobsearch.az

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər