Vakansiya! FİNCA Azerbaijanın Şamaxı filialında işləmək imkanı

Vakansiya! FİNCA Azerbaijanın Şamaxı filialında işləmək imkanı

Ali və ya orta texniki təhsil olmalıdır.
 
İşəgötürən FINCA Azerbaijan
Vəzifə ŞAMAXI filialı üçün İnzibati Köməkçi 
İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:
 
Ali və ya orta texniki təhsil;
Peşəkar ofis mühitində müəyyən təcrübə;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Müştərilərlə davranış etikası.
Vəzifə öhdəlikləri:
 
Ofisə gələn zəngləri və şəxsləri qəbul etmək, onları ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirmək, ofis ləvazimatları və avadanlıqlarının təchizatına nəzarət etmək və bu kimi digər inzibati işlərdə dəstək göstərmək.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  31 Yanvar  2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№887/14) qeyd etməklə göndərə bilərsiniz.
 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
 
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
 
Ünvan: Şamaxı şəhəri, N.Nərimanov küçəsi 66 (Mərkəzi Univermağın yanı);
Telefon: 020 265 13 77; (055) 455 25 63
 
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər