Vakansiya! Demir Bank-dan daha bir iş elanı
Ali təhsil (maliyyə, bank işi və ya biznes sahəsi) olmalıdır.
Vəzifə: Maliyyə Planlaşdırması şöbəsinə mütəxəssis
İşəgötürən: Demir Bank
İşin təsviri:
Yerli və qlobal maliyyə bazarlarının təhlilinin aparılması;
Bank sektorunun izlənilməsi və inkişaf tendensiyalarının təhlilinin aparılması;
Maliyyə modellərinin qurulması və təhlillərin aparılması;
Strateji və taktiki planın hazırlanmasında iştirak edilməsi;
Məlumat bazası ilə operativ işləmə bacarığı, statisik məlumatların toplanması və təhlilinin aparılması;
Hədəflərin yerinə yetilməsi barədə hesabatın hazırlanması.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, bank işi və ya biznes sahəsi);
Komandada işləmək bacarığınının olması;
Analitik və yaradıcı düşüncə tərzinin olması;
Sözügedən sahədə iş təcrübəsi üstünlük hesab olunur;
İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;
Statistik/Ekonometrik biliklərin olması;
Maliyyə hesabatlarının təhlili üzrə biliklərinin olması;
Microsoft Office biliklərinin olması (xüsusi ilə Excel).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 yanvar 2014-cü il tarixinədək
[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə Planlaşdırması şöbəsinə mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə müraciət məktublarının mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın