Vakansiya! Demir Bank-da işləmək imkanı

Ali təhsil (maliyyə, bank işi və ya biznes sahəsi) olmalıdır.
Vəzifə: Strateji Planlama şöbəsinə mütəxəssis
İşəgötürən: Demir Bank
İşin təsviri:
Rəqib banklar, məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
Bankın missiyası və strateji baxışının hazırlanması;
Strateji inkişaf planının hazırlanması;
Bankın inkişaf perspektivlərinin araşdırılması və bu sahədə təkliflərin hazırlanması;
Regionlarda rəqabət mühitinin təhlili, mövcud və potensial inkişaf perspektivlərinin araşdırılması;
Regionlarda iqtisadi sektorların fəaliyyəti üzrə statistik məlumatların toplanması və sektorların gələcək inkişafı proqnozlarının verilməsi;
Strateji məqsədlərə çatmaq üçün əsas göstəricilərin təhlili və rəqəmsəl plan göstəricilərin hazırlanması;
Strategiyanın işçilərə çatdırılması istiqamətində qısa icmal kitabçasının hazırlanması;
Bankın struktur bölmələri üzrə fəaliyyət planlarının hazırlanması.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, bank işi və ya biznes sahəsi);
Komandada işləmək bacarığının olması;
Strateji idarəetmə sahəsində biliklərin olması;
Ümumi bank işi və idarəetmə bacarıqlarının olması;
Analitik və yaradıcı düşüncə tərzinin olması;
Sözügedən sahədə iş təcrübəsi üstünlük hesab olunur;
İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;
Makroiqtisadiyyat sahəsində biliklərin olması;
Statistik biliklərin olması;
Microsoft Office biliklərinin olması (xüsusi ilə Excel).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 yanvar 2014-cü il tarixinədək
[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Strateji Planlama şöbəsinə mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə müraciət məktublarının mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın