Vakansiya! Keyfiyyətə Nəzarət Mütəxəssisi vəzifəsində çalışmaq istəyənlər üçün

Vakansiya! Keyfiyyətə Nəzarət Mütəxəssisi vəzifəsində çalışmaq istəyənlər üçün

Əmək haqqı 1000-1200 AZN
 
Vəzifə: Keyfiyyətə Nəzarət Mütəxəssisi (Gəncə)
İşəgötürən: Detal Alüminium MMC
Tələblər:
 
• İSO standart tələblərini bilmək.
 
• Şirkət işlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot və hesabatlarda iştirak etmək.
 
•  Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək.
 
• Cari işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə üsul və təlimatların hazırlanması  normativ sənədlərinin hazırlanmasında iştirak edir.
 
• Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət prosedurunda iştirak etmək.
 
• Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsində iştirak etmək.
 
Namizədə olan tələblər:
 
1. Ali təhsilli.
2.  Kompüterlə işləmək bacarığı.
3. Azərbaycan, rus və ingilis dillərini bilmək.
4. Keyfiyyətə nəzarət sahəsində azı 1 il stajı.
5. Məsuliyyətlilik.
6. Komandada işləmə bacarığı.
7. Yaş  24-35
 
İş yeri Gəncə ş.
 
Əmək haqqı 1000-1200 AZN
 
CV-ləri [email protected] ünvanına , Azərbaycan dilində və şəkilli göndərməyiniz xahiş olunur.
Mənbə jobsearch.az

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər