Vakansiya! Azerfon-dan yeni iş elanı

Tanınmış şirkətdə karyera qurmaq imkanı
İşəgötürən Azerfon
Vəzifə Məhsulların İnkişafı üzrə Ekspert
Tələblər:
• Statistika, İqtisadiyyat, Analitika (Big Data/Data Mining) və ya Biznesin təşkili və idarə olunması üzrə Ali təhsil
• Biznes statistikasının əsəsları üzrə bilik
• Mövcud məhsul tendensiyalarını analiz etmək məqsədilə statistik vasitələrdən istifadə etmə və gələcək məhsulları əvvəlcədən müəyyənləşdirmə qabiliyyəti
• Mükəmməl Azərbaycan, İngilis və Rus dili biliyi
• 2-4 il iş təcrübəsi( Analitika üzrə təcrübəyə üstünlük verilir)
• Proyektlərin İdarə olunması üzrə təcrübə
• STATA/SPSS/SAS proqramlarından hər hansı biri üzrə bilik
Tələb olunan yetkinliklər
• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Strukturlu və metodoloji düşünmə qabiliyyəti
• Gərgin iş şəraitində işləmə bacarığı
• Müxtəlif və mürəkkəb datalar toplusundan biznes istiqamətli nəticələr çıxarma və aydın izah etmə bacarığı
• Kütləvi datalar toplusu ilə işləmə, nəticə çıxarma təcrübəsi və eyni zamanda detallara diqqət yetirmə
Vəzifə və Öhdəliklər:
• Məhsulun strateji planlamasından taktiki fəaliyyətinə qədər idarə olunması və məhsulun inkişaf prosesini konsept fazasından buraxılışdan sonrakı analizinədək həyata keçirilməsi;
• Mümkün yeni məhsul və xidmətlər təklif etmək habelə məhsulun buraxılışından sonrakı analizinin aparılması məqsədilə böyük məlumatlar bazasınının analitika texnikasından istifadə edərək nəticə çıxartmaq;
• Yeni məhsul konsepsiyasının düşünülməsində iştirak, yeni ehtiyac və tendensiyalar üçün mütəmadi olaraq bazarın araşdırılması və məhsul dəyişikliyinin həyata keçirilməsi üçün növbəti məhsulllar təklif etmək;
• Səsli məhsullar üçün biznes əsaslandırmanı təqdim etmək, nəzarət etmək və inkişaf etdirmək;
• Səsli məhsulları üçün biznes tələblərini inkişaf etdirmək və onların şirkətin kommersiya məqsədləri, sistem imkanları / potensialı və bazar tələbatına bağlılığını təmin etmək;
• Səsli məhsulların/xidmətlərin effektiv istifadəyə verilməsini koordinasiya və idarə etmək;
• Səsli məhsulların kommersiya səmərəliyini müvafiq düzəldici və önləyici fəaliyyətlə təkmilləşdirmək
Son müraciət tarixi – 29.12.2014
Başlıqda Məhsulların İnkişafı üzrə Ekspert qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik. Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın