Vakansiya! FİNCA Azerbaijan-da işləmək imkanı

Vakansiya! FİNCA Azerbaijan-da işləmək imkanı

Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək) olmalıdır.
 
Vəzifə Problemli kreditlər və məhkəmə-icra işləri üzrə hüquqşünas Mərkəz və Qərb bölgəsi (Gəncə, Yevlax, Bərdə, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, İmişli filiallarından biri üçün) 
İşəgötürən FİNCA Azerbaijan
Əsas vəzifə və öhdəlikləri:
 
Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi;
Ehtiyac olduqda iddia ərizələrini hazırlayaraq məhkəməyə göndərmək, məhkəmədə işlərinin aparılması;
Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
Aşağıdakı ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından uyğun gələn namizədlər müraciət edə bilərlər:
 
Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
Borcların yığılması, problemli müştərilərlə işləmək, məhkəmə işləri və məhkəmə qararlarının icra edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
Mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və bank qanunvericiliyini mükkəməl bilməli;
Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
Təşkilat və onun missiyasına yüksək sadiqlik;
Əla şəxsi keyfiyyətlər;
Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 21 Dekabr  2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№843/14) qeyd etməklə göndərə bilərsiniz.
 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
 
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
 
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
 
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər