Vakansiya! İnsan Resursları departamentinin Direktoru işləmək imkanı

Vakansiya! İnsan Resursları departamentinin Direktoru işləmək imkanı

Ali təhsil mütləqdir.
 
Vəzifənin adı: İnsan Resursları departamentinin Direktoru
İşəgötürən “Synergy Group” ASC haqqında
 
2010-cu ildə təsis edilmiş “Synergy Group” ASC Azərbaycanda fəaliyyət göstərən ən iri investisiya şirkətlərindən biridir. Qrup yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur. “Synergy Group” 22 müxtəlif və inkişafa yönəlmiş fəaliyyət sahəsini idarə edir və Qrupda ümumilikdə 900-dən artıq işçi çalışır.  
“Synergy Group”un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə edilən iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, otelçilik, İKT, istehsalat və kənd təsərrüfatı. “Synergy Group”a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.
 
• Qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin idarəedilməsi;
• Şirkət strategiyasını dəstəkləyən və  təşkilatın ehtiyaclarına uyğun olan İnsan Resursları  sahəsində layihələrinin və prosesslərin hazırlanıması və həyata keçirilməsi;
• Perfomansın İdarəetmə sisteminin tətbiq edilməsi  və idarəedilməsi;
• Şirkətin strateji hədəflərinə əsasən Insan Resursları sahəsində təlim və inkişaf proqramların həyata keçirilməsi;
• İnkişaf proqramların keyfiyyətinin ölçülməsinə nəzarət;
• Güzəşt və Mənfəətlər prosesinin hazırlanması və idarəolunması (Vəzifələrin təsnifatı (Grading)  layhəsi,  şirkətin güzəşt siyasəti və s.);
• İşə qəbul prosesinin  həyata keçirilməsi və idarəolunması;
• İşçi sayının təsdiqlənmiş büdcəyə əsasən planlaşdırılması;
• Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi və onun effektivliyinin ölçülməsi;
• İşçilərin şirkətə bağlılığını  və işçi  məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;
• İnsan Resursları üzrə hesabat sisteminin tətbiq edilməsi və Synergy Group və bütün törəmə müəssisələri üzrə  aylıq, rüblük və illik statistik hesabatların hazırlanması və təhlil olunması;
• Korporativ mədəniyyət layihələrinın  həyata keçirilməsi (korporativ geyim qaydaları, Etika və Davranış qaydaları və s.);
• SYNERGY GROUP  törəmə şirkətlərinin mövcud Insan Resursları sistemlərinin şirkət rəhbərləri ilə birlikdə dəyərləndirilməsi, nəzərdən keçirilməsi və uyğun olan sistemlərin tətbiq edilməsinə nəzarət.
 
Tələblər:
 
• Ali təhsil
• AR əmək məcəlləsini bilmək
• İnsan resursları sahəsində təcrübə (min. 4 il)
• Problemlərin həll edilməsi bacarığına malik olmaq
• Yüksək şəxsi və etik standartlara uyğun olması (şəffaflıq, özünətənqidlik)
• Analitik düşünmə bacarığı;
• Yüksək Ünsiyyətqurma bacarığı ;
• Qərarvermə bacarığı 
• Strateji baxış və qabaqcadan görmə bacarığı 
• Detallara dəqiqliklə yanaşma 
• Azərbaycan Rus və ingilis dillərini sərbəst bilməli.
 
Mənbə jobsearch.az

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər