Vakansiya! Park İnn otelində çalışmaq istəyənlər üçün

Vakansiya! Park İnn otelində çalışmaq istəyənlər üçün

Vəzifə: Müdir sekretarı
İşəgötürən: Park Inn
 
Əsas Vəzifə Cavabdehlikləri:  
 
• İşə aid olan məsələlərlə məşğul olarkən son dərəcə məxfiliyin və ehtiyatlılığın qorunması. 
• Daxili/xarici görüşlərin təşkil edilməsi 
• Bütün məxfi informasiyanın saxlanılması
• Gündəlik katiblik işləri, o cümlədən makinada yazma, faylların yaradılması, fakslar və telefonlar  və s.      
 
Namizədə olan tələblər:
 
• Xoş xarici görünüş, gülərüz, kommunikativ
• Diqqətli, operativ, zəkalı
• Türk və Azərbaycan dillərində sərbəst danışma
• Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail üvanına [email protected] göndərin.
 
Şəkilsiz cv-lərə baxılmayacaq
 
Mövzuda – " Müdir sekretarı" qeyd etməyiniz xahış olunur
Mənbə jobsearch.az

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər