Vakansiya! İnsan resursları üzrə mütəxəssis işləmək imkanı

Vakansiya! İnsan resursları üzrə mütəxəssis işləmək imkanı

 

MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməlidir.
 
Vəzifə: İnsan Resursları üzrə Mütəxəssis
İşəgötürən: KredAgro CJSC
Namizədə dair tələblər
 
- Ali təhsil,
- İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi olmalı, 
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
- İnsan resursları işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
- MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli 
- Kollektivdə işləmək qabiliyyəti,
- İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti,  
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Azərbaycan dilini mükəmməl bilməlidir.
 
Əsas vəzifə öhdəlikləri
 
- İnsan resurslarına aid olan bütün sənədləşdirmə işinin aparılması və rəsmiləşdirilməsi;
- İnsan resurslarına dair  hesabatların (DSMF, Məşğulluq xidmətnə və Statistika Komitəsinə) tərtib və təqdim edilməsi;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi)
- Müsahibələrin təşkil edilməsi və müsahibələrdə iştirak;
- Əmək yarmarkalarında şirkəti təmsil etmək.
 
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə jobsearch.az

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər