Vakansiya! Baş mühasib vəzifəsində çalışmaq istəyənlər üçün

Əmək haqqı 2000 AZN
Vəzifə: Baş Mühasib
İşəgötürən: SMTS LLC
İş barədə məlumat:
- Təsərrüfat subyektinin maliyyə ehtiyaclarını müəyyən etmək;
- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
- Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr, eləcə də sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olma halları üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
- Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
- Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluqvə s.) hazırlamaq;
- Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
- Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
- Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək.
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb 1C proqramına daxil olunmasına nəzarət edir.
- Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin 1C proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
- Tabeçiliyində olan işçilərin işlərinə nəzarət və cavabdehlik daşımaq və s.
Namizədə tələblər:
Təhsil - Ali təhsil
İş təcrübəsi - Minimum 5 il, təkcə tikinti sahəsində minimum 3 il
Vergi Məcəlləsini mükəmməl bilməli
Yaş həddi - 30-50
Cinsi - fərq etmir
İş saatı - 9.00-18.00
İş rejimi - 6 günlük
Kompyuter bilikləri - MS ofice, Word, Excell, 1C
Dil bilikləri - Azərbaycan dilini mükəmməl səviyyədə, İngilis dilini orta səviyyədə bilməli
Komandada işləmək bacarığı
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı - 2000 AZN
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar şəkilli cv-lərini mövzu yerinə Baş mühasib qeyd edərək
[email protected] ünvanına göndərə bilərlər.
Mənbə jobsearch.az
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın