Vakansiya! Kadrlar üzrə mütəxəssis işləmək imkanı

Əmək haqqı 600 - 700 AZN
Vəzifə Kadrlar üzrə mütəxəssis
İşəgötürən Azərtunel
Kateqoriyalar İnzibati » Heyətin idarəolunması
Şəhər Bakı
Yaş 30 - 50 лет
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Telefon (012) 370-01-07
İş barədə məlumat
- Cəmiyyətin şəxsi tərkibinin uçotunu aparmaq, kadrlar üzrə sənədləşməni müəyyən olunmuş qaydada bilavasitə tərtib etmək
- Əmək qanunvericliliyinə və digər normativ hüquqi aktlara əsasən işçilərin işə qəbulunu, vəzifə keçirmələrini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək
- İşçilərin şəxsi işlərini formalaşdırıb qaydaya salmaq, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını yerinə yetirmək
- Attestasiya və ixtisas komissiyaları üçün və cəmiyyətin işçilərinin mükafatlandırılması üçün zəruri materialları hazırlamaq
- Kadrların müntəzəm olaraq dəyişdirilməsi səbəblərini öyrənmək, bu səbəblərin aradan qaldırılması üzrə tədbirlərin görülməsində iştirak etmək
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər aparmaq, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək
- Cəmiyyət işçiləri və qanunvericiliyin müəyyən etdiyi hallarda, onların ailələrinə pensiya təyinatı üçün zəruri olan sənədləri tərtib etmək
- Şəxsi işlərin arxiv qeydiyyatını aparmaq və saxlama müddəti başa çatmış sənədləri mərkəzləşdirilmiş qaydada qorunması üçün hazırlamaq
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Cəmiyyətin kadrlara olan tələbatını təmin etmək, kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək
- Xəstəlik vərəqələrinin hesabalanması
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və s.
Namizədə tələblər
- Tikinti sirkətlərində iş stajına malik olmaq;
- Microsoft Office proqramlarını bilmək;
- Əmək qanunvericiliyini bilmək və s.
Qeyd: Tələblərə uyğun gəlməyən namizədlərin CV-ə baxılmayacaq.
Mənbə boss.az
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik. Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın