Vakansiya! Mühasib işləmək imkanı

Vakansiya! Mühasib işləmək imkanı

Əmək haqqı 1000 - 1500 AZN
 
Vəzifə Mühasib
İşəgötürən Optimal Electronika
 
Yaş 28 - 40
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Səkinə Tağıyeva
Telefon (012) 422-23-32
Faks (012) 422-23-32
 
İş barədə məlumat
- Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirməli (əsas vəsaitlər, maddi qiymətlilər, ticarət üzrə məsrəflər, məhsulların realizasiyası təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu) 
- Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət etməli 
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etməli 
- BMSH üzrə bilgilər. Şirkətin maliyyə hesabtalarının BMSH uyğun şəkildə hazırlanması 
- 1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirir və həmçinin digər sıravi mühasiblər tərəfindən yerinə yetirilmiş işlərə nəzarət etməli 
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir 
- İş vaxtı: həftədə 6 dəfə, saat 09:00–19:00 
- İstirahət: həftədə bir dəfə - Bazar günü
 
Namizədə tələblər
- Ali təhsil 
- İş təcrübəsi: Bu sahədə 3-5 il 
- Cinsi kişi və ya qadın (fərq etməz) 
- Azərbaycan və rus dili bilikləri yüksək səviyyədə (ingilis dili arzu olunandır) 
- ACCA və ya Dip IFR üzrə sertifikatın olması arzu olunandır
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (namizədin şəklinin olması mütləqdir) [email protected] elektron ünvanına göndərə bilərlər. 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mühasib) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
Mənbə boss.az

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər