Vakansiya! Demir Bank-da işləmək imkanı

Vakansiya! Demir Bank-da işləmək imkanı

İqtisadiyyat və menecment sahələrdə ali təhsil olmalıdır.
 
Vəzifə Менеджер банка
İşəgötürən DəmirBank
 
Contact Email: [email protected] 
 
DəmirBank ASCKorporativ Bankçılıq üzrə Menecer(Bakıda və regionlarda yerləşən filiallar üzrə cəmi 10 vakant yer) vəzifəsinə işəqəbul elan edir.
 
İşin təsviri:
 
Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
Filialın kiçik, orta və iri kreditlərin portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək;
Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
Kredit portfelini idarə etmək;
Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
Filialın kiçik, orta, iri və korporativ kreditləri sahəsində ümumi fəaliyyətinə dair hesabatlar vermək;
Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
Filialda kiçik, orta, iri kreditləri və korporativ məhsulları üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
Bankın daxili nizam - intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.
Namizədə qarşı tələblər:
 
İqtisadiyyat vəmenecment sahələrdə ali təhsil;
Azərbaycan,ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
Müvafiq sahədə minimum iş təcrübəsi (ən azı 1 il) olmalı;
Stres altında işləməyi bacarmalı;
Korporativ satışın aparılmasında təcrübəyə sahib olmalı;
Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
MS office proqramlarında əla səviyyədə işləmək qabiliyyəti olmalı;
Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
Nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 5 dekabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ Bankçılıq üzrə Menecer) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraqbildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə azerjobs.com

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər