Vakansiya! Marketinq üzrə menecer işləmək imkanı

Vakansiya! Marketinq üzrə menecer işləmək imkanı

Əmək haqqı 2000 - 2500 AZN
 
Marketinq üzrə menecer
İşəgötürən Azinqroup ASC
Kateqoriyalar Marketinq » Marketinq menecment
Şəhər Bakı
Yaş 27 - 50 лет
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Hikmət Məhərrəmov və Rəsul Əliyev
Telefon (055) 455-07-90
(012) 372-80-90
(055) 218-61-03
 
İş barədə məlumat
- Fəaliyyət göstərən bazarların strateji təhlilini həyata keçirmək 
- Şirkətin ümumi bazar strategiyasının hazırlanması 
- Şirkətin brend strategiyasının hazırlanması 
- Şirkətin məhsul, qiymət,satış kanalı və irəlilətmə sisteminin hazırlanması
- Marketinq strategiyasının tədbiqi planının hazırlanması və icrasına nəzarətin təşkili 
- Şirkətin marketinq məlumat baza sisteminin qurulması 
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi 
- Müştəri davranışalırın tədqiq edilməsi 
- Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması 
- Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərlik qarşısında əsaslandırmaq 
- Yeni məhsulların bazara salınmasını təşkil etmək 
- Dəyər əmələ gətirən xidmət növlərinin işlənilib hazırlanılması 
- Marketinq strukturunun idarə edilməsini təmin etmək 
- Marketinq sahəsində biznes prosesi və prosedurların hazırlanması 
- Marketinq sahəsində inzibatçılığın təşkili və idarə edilməsi 
- Şirkət üzrə brend istifadəsinə nəzarət 
- Şirkətin PR və Reklam siyasətinin hazırlanması 
- Müştəri ilə düzgün komunikasiya vasitələrinin hazırlanması 
- Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması 
- PR və Reklam işlərinin aparılmasına birbaşa nəzarət 
- Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi 
- Komunikasiya vasitələri üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması 
- PR və Reklam büdcəsinin optimallaşdırılması 
- Marketinq fəaliyyətinin bazar tələbatına və müştəri istəklərinə uyğun yenidən təşkili 
- Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək 
- Ehtiyac olduğu təqdirdə öz sahəsi üzrə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək 
- İş rejimi: 8 saat və 5 günlük iş həftəsi 
- Əmək haqqı: 2000-2500 manat + satışdan bonus
 
Namizədə tələblər
- Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, vicdanlı və ədalətlilik prinsipini əsas tutmaq 
- Azərbaycan, rus və ingilis dillərində sərbəst yazıb və danışıq bacarığı 
- MS Word, MS Excel, MS PowerPoint,M S Visio və ERP proqramlarında sərbəst işləmə bacarığı 
- Satış barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması bacarığı 
- Öz sahəsində fərdi inkişaf planları olan və vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəsi olan mütəxəssislərə üstünlük verilir 
- Aparıcı şirkətlərdə 5 ildən yuxarı İdarə etmə təcrübəsi (marketinq və mənzil satışı sahəsində olanlara əlavə üstünlük verilir) 
- Marketinq, Ümumi və Strateji idarəetmə sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir
 
Mənbə boss.az

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər