Vakansiya! Hüquqşünas köməkçisi işləmək imkanı

Vakansiya! Hüquqşünas köməkçisi işləmək imkanı

Əmək haqqı razılaşma yolu ilə
 
Vəzifə: Hüquqşünas köməkçisi
Şirkət: Invest telekom
 
Vəzifə öhdəlikləri:
 
Müqavilələrin tərtib edilməsi
Hüquqi sənədlərin tərtib edilməsi
Təşkilatın  maraqlarının məhkəmələrdə, hökumət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin etməli
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsi
Məktubların tərtib olunması və göndərilməsinə nəzarət
Namizədə tələblər:
 
Ali hüquqi təhsil
Müqavilələr hüququ üzrə dərin biliyə və təcrübəyə malik olmalı
Müqavilələrin ekspertizası (hüquqi rəylərin tərtib edilməsi) istiqamətində bilik və bacarığı
Məhkəmə və icra işləri üzrə peşəkar təcrübəsi olmalı
Azərbaycan Respublikasının qanunlarını (Mülki, Mülki Prosessual, Cinayət və Cinayət Prosessual məcəllələrini, İcra haqqında qanunu, Əmək qanunvericiliyini, Beynəlxalq hüquq)
Dil bilikləri zəruridir (Azərbaycan, İngilis və Rus)
Ofis proqramları (Word, Excel, Internet)
İş təcrübəsi - 2 ildən yuxarı
Stress altında işləmə bacarığı
Ünsiyyət qurma qabiliyyəti
Məsuliyyətlilik, diqqətlilik
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma
Yaş həddi 23-dən yuxarı
İş qrafiki: Tam
İş yeri: Bakı ş.,
Əmək haqqı: Razılaşma yolu ilə
 
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquqşünas köməkçisi ) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Mənbə azerjobs.com

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər