Vakansiya! Aparıcı mühəndis (Mərkəzi Texniki Şöbədə Mülki İnşaat İşləri Üzrə) işləmək imkanı

Word, Excel, Project (və ya Primavera) proqramlarında işləmək bacarığı olmalıdır.
İşəgötürən: Construction Company
Vəzifənin adı: Aparıcı mühəndis (Mərkəzi Texniki Şöbədə Mülki İnşaat İşləri Üzrə)
İş yeri: Bakı şəhəri (bəzən xaricə və ya rayonlara səfərlərlə)
Tələblər:
İnşaat mühəndisi ixtisası üzrə ali təhsil (xaricdə təhsil alanlara üstünlük veriləcək)
İxtisası üzrə ən az 10 il təcrübə
Azərbaycan dili (yaxşı)
İngilis dili (yaxşı)
Rus dili (yaxşı)
Word, Excel, Project (və ya Primavera) proqramlarında işləmək bacarığı
Autocad və digər proqramları da bilənlərə üstünlük veriləcək
Əsas Funksiyalar:
1. Sahədəki tikinti işlərinin icrasına nəzarət
2. Sahədən dövrü hesabatların qəbulu və qeydiyyatı
3. Zəruri hallarda sahədə çalışan mühəndis-texniki işçilərə dəstək
4. Tikinti işlərinin gedişatı barədə rəhbərlik üçün hesabatların hazırlanması
5. Tender təkliflərinin (o cümlədən smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin) hazırlanması
6. Sifarişçi, texniki nəzarətçi və subpodratçılarla danışıqların aparılması, yazışmaların həyata keçirilməsi
7. Forma 2, forma 3, məktub, ödəniş sertifikatları, Keyfiyyətə Nəzarət Formaları, material hesabatı və digər sənədlərin hazırlanması və ya yoxlanılması və qeydiyyatı
8. Müqavilə və Texniki Şərtnaməyə uyğun Qiymət Analizlərinin aparılması
9. Rəhbərlik tərəfindən tapşırılan yeni tikinti layihələrinin texniki-iqtisadi cəhətdən araşdırılması və qiymətləndirilməsi
10. Rəhbərlik tərəfindən tapşırıldığı təqdirdə qrup şirkətləri tərəfindən icra olunan tikinti layihələrinin yoxlanılması
Mənbə jobsearch.az
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik. Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın