Vakansiya! Baş mühasib vəzifəsində çalışmaq istəyənlər üçün

Vakansiya! Baş mühasib vəzifəsində çalışmaq istəyənlər üçün

Əmək haqqı 1300-1500 AZN
 
Vəzifə: Baş muhasib
İşəgötürən: Rixos Quba Azerbaijan
 
İş barədə məlumat
 
1c 7.7 mühasibatlıq proqramına bütün növ hesab-fakturaları, gəlir və xərc sənədlərini daxil etmək; 
Bütün debitor və kreditor borclara nəzarət etmək; 
Yerli və xarici kreditorlara, müvafiq vergi orqanlarına ödəniş tapşırıqlarını hazırlamaq; 
Bütün növ bank əməliyyatlarını və internet ödəmələrini həyata keçirmək; 
Əmək haqqının və ona edilən bütün növ əlavələrin hesablanması (gecə və axşam saatları üçün əlavə maaş, məzuniyyət haqları, mükafatlar, müavinətlər, güzəştlər, bülleten və s. hesablanması və rəsmiləşdirilməsi); 
Vergi departamentinə aylıq, rüblük, illik bütün növ vergi hesabatların, DSMF-na rüblük və illik sosial sığorta hesabatlarının, Statistika idarəsinə statistik məlumatların hazırlanıb göndərilməsi, bu idarələrlə bütün növ yazışmaların (onlayn və kağız variantda) həyata keçirilməsi ; 
İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərə əsasən müxtəlif xarici firmalara görə ödənilmiş vergilər haqqında hesabatların hazırlanması; 
Əsas vəsaitlərin qeydiyyata alınması, təmiri, satışı və silinməsi əməliyyatlarına nəzarət edərək mühasibatlıq proqramında əks etdirmək;
 
Namizədə tələblər
 
- Vergi Qanunvericiliyini bilməli 
- Ali təhsil 
- 5 ildən artıq iş təcrübəsi 
- Təmkinlilik, etibarlılıq 
- Ofis proqramları və 1C 8.2 və 7.7 proqramında işləmə bacarığı olmalı
 
Elaqe -0554502741 Emin Ibisov ([email protected])
Mənbə jobsearch.az

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər