Vakansiya! Demir Bank-da işləmək imkanı

Ali təhsil mütləqdir.
Vəzifə: Təhlükəsizlik xidmətinə baş mütəxəssis
İşəgötürən: Demir Bank
DəmirBank ASC Təhlükəsizlik xidmətinə baş mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
• Bankda mühafizənin təşkili və ona nəzarəti həyata keçirmək;
• Mühafizəni həyata keçirən və ona texniki dəstək verən təşkilatlarla daima əlaqədə olmaq;
• Daxili araşdırmalar aparmaq;
• İş sahəsi üzrə hesabatlar tərtib etmək;
• İşçilərin Bank tərəfindən verilmiş Buraxılış Kartlarının olmasına nəzarət etmək;
• Bankın əsas binasında “Bankın Daxili Buraxılış Rejiminə” nəzarət etmək, və hər hansı bir nöqsan, təhlükəsizlik qaydalarının pozulması, şübhəli şəxs və əşya gördükdə xidməti tədbir görmək və xidmət rəisinə hesabat vermək;
• Bankda yüksək riskli zonaların təhlükəsizliyinə xüsusi nəzarət etmək;
• Yaranan zərurətlə əlaqədar, və xidmət rəisinin tapşırığına əsasən, banka məxsus olan digər yerlərə, filiallara, rayonlara ezam olunmaq, və tapşırılmış işin nəticəsi barədə xidmət rəisinə hesabat vermək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Təhlükəsizlik sahəsində minimum 4 il iş təcrübəsinin olması;
• Bank təhlükəsizliyi sahəsində ən azı 2 il təcrübə mütləqdir;
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
• Analitik bacarıqlar, insanları tanıma qabiliyyəti;
• Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
• Hesabatların, arayışların tərtib edilməsi, kompüterdən sərbəst istifadə etmə bacarığı;
• Fiziki cəhəddən sağlam, gərginlik və stress şəraitində işləmə bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqət, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 dekabr 2014-cü il tarixinədək
[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Təhlükəsizlik xidmətinə baş mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
1 Komment
Elvin 31 Avqust 2020
Salam men iwe qebula sizi narahat eirem,iwlemek isdeyirem.
Şərh yazın