Vakansiya! Xərclərə Nəzarət üzrə Mütəxəssis işləmək imkanı

Microsoft Office - Əla səviyyədə və digər Outlook proqramlarını bilməlidir.
Vəzifə: Xərclərə Nəzarət üzrə Mütəxəssis
İşəgötürən: North West Construction
Vəzifə və öhdəlikləri:
Bütün əlaqəli işlər üzrə qeydlərin aparılması. Keyfiyyətə nəzarət prosedurlarının yenilənməsi;
Zavodun tikintisi zamanı görülən işlərin keyfiyyətinə nəzarət;
Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
Keyfiyyət Auditlərinin həyata keçirilməsi;
Podratçılarla əlaqənin saxlanması, keyfiyyət və sənədləşmə baxımından onların işinə nəzarət;
Fərdi fəaliyyət planı tərtib etmək;
Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
Xidmət və ya istehsal ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
İstehsal və tikinti ilə bağlı məsrəf-nəticələrin səmərəli yoxlamasını həyata keçirmək;
Qeyri-dağıdıcı (qeyri-destruktiv) təftişlər üçün nümunə hissələr götürmək, yoxlama həyata keçirmək və nəticələr barədə hesabat vermək;
Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
Texniki təhlükəsizlik və əməyin mühafizəsi standartlarına uyğun olaraq məhsul və ya xidmətlərin keyfiyyəti ilə bağlı məsələlərdə şirkətin dizaynerlərinə (memar və mühəndislər) yardım etmək;
Prosedurlar KZ və KN Mütəxəssislər tərəfindən tətbiq edilir lakin bu prosesin yoxlanması və nəzarəti KZ və KN Menecer tərəfindən həyata keçirilir.
Tələblər:
• Ali təhsil
• Müvafiq sahədə 3-5 il iş təcrübəsi
• Microsoft Office - Əla səviyyədə və digər Outlook proqramları
• Stress şəraitdə işləmək qabiliyyəti
• Azərbaycan və İngilis dilləri-əla səviyyədə
Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “KZ və KN İnspektor” yazaraq öz CV-lərini 15.12.2014 tarixinədək
[email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mənbə jobsearch.az
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın