Vakansiya! Beynəlxalq araşdırma şirkətindən iş elanı

Vakansiya! Beynəlxalq araşdırma şirkətindən iş elanı

18-65 yaşlı şəxslər müraciət edə bilərlər.
 
Beynəlxalq araşdırma şirkəti 4Service TN («Forservis» MMC) Gizli Müştəriləri – banklarda, restoranlarda, mağazalarda,  yanacaq doldurma məntəqələrində və s. məkanlarda göstərilən xidmətin keyfiyyətini adi müştəri qismində dəyərləndirən insanları əməkdaşlığa dəvət edir.
 
Sizin vəzifəniz – xidmətin keyfiyyətini maksimum obyektiv şəkildə qiymətləndirmək, görülmüş iş haqqında hesabat anketini şirkətin internet səhifəsində vaxtında doldurmaq və buna görə ödənişi qəbul etmək.
 
Gizli Müştəri üçün tələblər:
 
yaş həddi: 18-65,
kompüter istifadəçisi olmalı,
internetə sərbəst çıxışı olmalı,
Dürüst
Məsuliyyətli və intizamlı
Detallara diqqətli, xidmət zamanı vacib məqamları müşahidə edə bilən
Yaxşı yaddaşlı, xidmət zamanı baş verən vacib məqamları yadda saxlayan
Yaxşı Gizli Müştəri  Mystery Shopping missiyasını - şirkətlərə xidmət səviyyəsini artırmaqda kömək etmək funksiyasını qəbul etməli və ona sadiq qalmalıdır –
İş şərtləri: qismən məşğuliyyət, məsafədən görülən iş, sərbəst iş qrafiki.
 
Əmək haqqı: görülmüş işə müvafiq olur. Ödəniş qiymətləndirmənin sayından və çətinliyindən asılı olaraq dəyişir ( hər qiymətləndirməyə görə orta hesabla10-20 avro). Ödəniş onlayn ödəmə sistemləri və ya bank köçürmələri vasitəsilə həyata keçirilir.
 
Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün www.4service-group.com internet səhifəsinə daxil olun. Sizin üçün maraqlı olan proyektləri seçə, qiymətləndirməni etməklə öz şəhərinizdə xidmət keyfiyyətinin yaxşılaşdırılmasına kömək edə və gördüyünüz işə görə ödəniş əldə edə bilərsiniz.  
 
Aşağıdakı keçid vasitəsilə Gizli Müştəri qismində qeydiyyatdan keçə bilərsiniz.  
 
https://4service.shopmetrics.com/shopperSignup.asp
 
BİZİM haqqımızda: 4ServiceTN Şirkəti 2001-ci ildə təsis edilib və hal-hazırda Avropada Mystery Shopping xidmətləri təqdim edən ən dinamik və innovativ agentliklərdən biridir. 2014-cü ildə biz Mərkəzi və Şərqi Avropa, Balkan, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionların 40-dan artıq ölkəsində 150.000-dən artıq şəxsi Gizli Müştəri şəbəkəsinə əsaslanaraq layihələr həyata keçiririk. Dünya səviyyəli şirkətlər bütün bölmələrində yüksək və vahid xidmət standartlarını dəstəkləmək üçün 4Service™ xidmətlərindən istifadə edirlər.
Mənbə azerjobs.com

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər