FİNCA Azerbaijanın Bərdə filialında “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək imkanı

Ali və ya orta texniki təhsilli məzunlar müraciət edə bilərlər.
Gənc Kredit İşçilərinin İnkişafı (Bərdə)
İşəgötürən FINCA Azerbaijan
“150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən “FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı BƏRDƏ şəhərində yerləşən filiallarına “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər axtarır. Gənc Kredit İşçisi kimi seçiləcək namizədlər 40 gün davam edən layihənin sonunda imtahan verəcək və nəticədən asılı olaraq həmin şəxslərin Kredit İşçisi vəzifəsinə keçirilməsi müəyyənləşdiriləcəkdir.
TƏLƏBLƏR:
Ali və ya orta texniki təhsilli məzunlar;
Baza riyazi biliklər;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
GKİ layihəsinə müraciət etmək üçün iş təcrübəsinin olması vacib tələb deyildir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
FINCA məhsulları barədə ətraflı məlumat toplamaq, suallar yarandıqda Kredit Supervayzeri və yönəldiciyə müraciət etmək;
Kredit verilməsi prosesi ilə əlaqədar olan forma və sənədlərin doldurulmasını yönəldicidən öyrənmək;
Müştərilərin sosial-maliyyə vəziyyətinin təhlili prosesində iştirak etmək, formalarla tanış olmaq, formaların doldurulmasında yönəldiciyə yardım etmək;
Ehtiyac olarsa, yönəldici ilə birlikdə girova baxış keçirmək, girovun qiymətləndirilməsi ilə bağlı yönəldicidən öyrənmək və öyrəndiklərini dəqiqləşdirmək üçün suallar vermək;
Problemli müştərilərlə iş prosesində yönəldicini izləmək və s.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 Dekabr 2014-cü il tarixindən gec olmamaq şərtilə
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni və iş elanının nömrəsini (№783 /14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim etməyiniz xahiş olunur:
Ünvan: Bərdə, H.Əliyev pros., 94A
Telefon: (020) 205 27 11;
(055) 455 25 77;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın