Vakansiya! Kadrlar üzrə mütəxəssis işləmək imkanı

Vakansiya! Kadrlar üzrə mütəxəssis işləmək imkanı

Əmək Məcəlləsini bilmək mütləqdir.
 
Vəzifə: Kadrlar üzrə mütəxəssis
İşəgötürən: Medeks LLC
İş barədə məlumat
 
- Şirkətin  əsasnamələrini, vəzifə təlimatlarını, müqavilələrini, ümumi və ezamiyyət əmrlərini və hüquqi sənədlərini tərtib etmək, və tərtib edilməsinə nəzarət etmək 
- Şirkətin işçilərinin şəxsi iş materiallarının uçotunu aparmaq, kadrlar üzrə sənədləşməni müəyyən olunmuş qaydada tərtib etmək və bu işə nəzarət etmək 
- Əmək qanunvericiliyinə, əsasnamələrə, sərəncamlara, əmrlərə əsasən işçilərin işə qəbulu, işdən azad olunmasının, vəzifə keçirmələri, intizam tənbehlərinin verilməsinin və mükafatlandırılması tədbirlərinin həyata keçirilməsinə, işçilərin 
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər etmək, onları qorumaq, əmək stajını hesablamaq
- Şəxsi işlərin arxiv qeydiyyatını aparmaq və saxlanma müddəti başa çatmış sənədləri mərkəzləşdirilmiş qaydada qorunması üçün hazırlamaq və bu işə nəzarət etmək
 
Namizədə tələblər
 
- Dil bilikləri: Azərbaycan (əla), rus (əla) 
- Ms Office proqramında işləyə bilmək bacarığı 
- Əmək Məcəlləsini bilmək mütləqdir 
- Məsuliyyətli 
- Ali təhsil 
- Yeni yaradılmış elektron portalında işləmə bacarığı
 
Mənbə jobsearch.az

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər