Vakansiya! Regional hüquq məsləhətçisi

Vakansiya! Regional hüquq məsləhətçisi

Hüquq sahəsində ali  təhsil olmalıdır.
 
İşəgötürən KredAqro
Vəzifə: Regional hüquq məsləhətçisi (Şəki, Zaqatala və Qax filialları üzrə)
 
Əsas vəzifə öhdəlikləri
 
Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
İcra işləri üzrə İcra məmurları ilə işləmək;
Rəsmi yazışmaları təmin etmək;
Namizədə dair tələblər
 
Hüquq sahəsində ali  təhsilinin olması;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompyuter bilikləri;
Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.
Əmək haqqı 700-800 + rüblük bonus
 
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə azerjobs.com

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər