Vakansiya! Xalq Bankdan əmək haqqı (1000 AZN-dən 2330 AZN-dək)olan iş elanı

Vakansiya! Xalq Bankdan əmək haqqı (1000 AZN-dən 2330 AZN-dək)olan iş elanı

Kompyuter bilikləri ( excell proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük verilə bilər) olmalıdır.
 
Vəzifə: Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin stajçı mütəxəssisi/baş mütəxəssisi
İşəgötürən: Xalq Bank
 
 
Vəzifə:   Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin stajçı mütəxəssisi/baş mütəxəssisi
 
Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)
 
Vəzifə : ( kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)
 
Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (670 AZN)  ödənilməklə stajçı mütəxəssis götürülə bilər.
 
İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə
 
Şəhər: Bakı
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
 
•  İqtisadiyyat , maliyyə və bank işi sahəsində ali magistr təhsili(ona bərabər tutulan təhsil səviyyəsi);
•  Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank təcrübəsi olanlara üstünlük verilə bilər ;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük verilə bilər);
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri ( excell proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük verilə bilər);
 
İŞİN TƏSVİRİ:
 
•  Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən ipoteka kreditləri üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
•  Sahibkarlığa kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin kreditləşməsi üzrə filialların kredit bölmələri əməkdaşlarına lazımi məsləhətlərin  verilməsi və onların bu sahədə işinə nəzarət;
•  Bankın daxili ipoteka proqramları, biznes kreditləri üzrə Filialların Kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
•  Kreditin verilməsinə dair qərar qəbul edilməsi, filialların limit səlahiyyətləri xaricində olan və dövlət fondları tərəfindən maliyyələşdirilən kredit sifarişlərinə baxılması, 
 • Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
 • Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması.
 
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
 
Əlaqə vasitələri :
 
E - mail :  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər