Vakansiya! Demir Bank-da işləmək imkanı

Vakansiya! Demir Bank-da işləmək imkanı

Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq) olmalıdır.
 
İşəgötürən DəmirBank
Vəzifə kiçik auditor, auditor, aparıcı auditor, baş auditor(bilik və bacarıqlarından asılı olaraq) 
 
İşintəsviri:
 
Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda);
Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabatın verilməsi;
Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
Bankın icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi;
Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi;
Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
Bankda korporativ idarəetmə prosesini qiymətləndirmək və təkminləşdirilməsinə dair tövsiyələrin verilməsi;
Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi.
Namizədə qarşı tələblər:
 
Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
Bank və ya Big4 təcrübəsinin olması;
Microsoft Office proqramlarında işləmə bacarığının (xüsusilə Excel) olması;
Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bacarığın olması;
Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsinin olması;
Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklərin olması;
Bank və risklərin idarəolunmasına dair biliklərə malik olması;
Bank əməliyyatlarının bütün aspektləri ilə tanışlığın olması;
Əldə olunan məlumatların qorunmasıvə saxlanılması;
Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyətinin olması;
Məsuliyyətlilik, müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığının olması;
Müşahidə edilmiş nöqsanların məsul şəxslərlə müzakirə və yekunlaşdırma bacarığının olması;
Hesabatın hazırlanması və yazılması bacarığının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 noyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “kiçik auditor/auditor/aparıcı auditor/baş auditor”yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalanmüraciətlərə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraqbildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə azerjobs.com

“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər