Vakansiya! Vijn Fond Azərkreditdən daha bir iş elanı

Vakansiya! Vijn Fond Azərkreditdən daha bir iş elanı

İş yeri AzərKredit təşkilatının İmişli filialında olacaq.
 
Vəzifə: Lawyer for its Southern Regions
İşəgötürən: Vision Fund AzerCredit hüquqşünas vəzifəsinə işçi qəbulunu elan edir.
 
(İmişli, Sabirabad, Saatlı, Horadiz, Bala-Bəhmənli, Beyləqan, Biləsuvar, Cəlilabad, Salyan)
 
“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır..
 
Əsas vəzifə və öhdəlikləri:
 
• AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbər - Hüquq Departamentinin Direktoru (Departament Direktoru) tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Departament Direktorunun ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, Azərkreditin daxili hüquqi təminat, ekspertiza və təhlil işinin aparmaq;
• Departament Direktorunun tapşırığı əsasında AzərKreditin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək;
• Tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasının həyata keçirimək;
• Departament Direktorunun tapşırığı əsasında İşəgötürənin filial və nümayəndəlikərinin yerləşdiyi regionlara mütəmadi səfərlər etmək və ya digər işləri həyata keçirmək;
• AzərKreditin müştərilərə verdiyi kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədilə məhkəmədən öncə, məhkəmədənkənar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək;
• AzərKreditin bütün filial və şöbələrinin hüquqi işlərinin gedişatını izləmək və işləri lazımı qaydada aparılması barədə müvafiq menecerlərlə işi koordinasiya etmək;
• Əmək funksiyalarına uyğun AzərKredit rəhbərliyinin və Departament Direktorunun digər tapşırıqlarını yerinə yetirmək.
 
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
 
• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Hüquqşünas vəzifəsində ən azı 2 illik iş təcrübəsi; 
• Mülki-prosessual hüquq sahəsində və ya kredit borclarının yığılması sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini əla bilmək; 
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
 
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 30 noyabr 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
 
E-məktubunuzun mövzu hissəsində ‘Hüquqşünas’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
 
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
 
E-ünvan: [email protected]  Fax: (+994 12) 597 30 39   www.azercredit.az
Mənbə jobsearch.az

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər