Vakansiya!Demir Bank-da işləmək imkanı

Vakansiya!Demir Bank-da işləmək imkanı

Ali iqtisadi və ya riyazi təhsil olmalıdır.
 
Vəzifə: VIP şöbəsinə əməliyyatçı-xəzinədar
İşəgötürən: Demir Bank
İşin təsviri:
 
 Fiziki şəxs olan VIP müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
 Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
 Əmanət kitabçasında yazılışları aparmaq;
 Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün VIP müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
 VIP müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
 Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
 VIP müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan  sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
 VIP müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
 Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
 Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək.
 
Namizədə qarşı tələblər:
 
 Ali iqtisadi və ya riyazi təhsil;
 Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
 Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
 Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
 Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq;
 Əməliyyatların icra edilməsində yüksək operativliyə sahib olmaq;
 Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-xəzinədar) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az

“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər