Vakansiya!Rabitabank-dan yeni iş elanı

Vakansiya!Rabitabank-dan yeni iş elanı

Ali və ya orta texniki təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
 
Vəzifə: Xəzinədar (Ağcabədi) filialı
Şirkət: Rabitabank
 
Vəzifəyə olan tələblər:
 
Ali və ya orta texniki təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
Nəğd pulla intensiv işləmə bacarığı
Gərgin iş qrafikində işləmək bacarığı
Microsoft Office proqramlarını bilmək və sürətli çapetmə bacarığı
Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı
İşdə dəqiqlik və detallara diqqətlilik
Vəzifə öhdəlikləri:
 
Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması və aparılan əməliyyatların Milli Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğunluğunun təmin edilməsi
Müştərilərə xəzinə xidməti göstərilməsi
Valyuta-mübadilə əməliyyatlarının aparılması
Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlanması.
Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını Bankdaxili ASBank sisteminə daxil edilməsi
Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi
CV formasını doldurub, aşağıdaki ünvanlara göndərə bilərsiniz:
28 May küçəsi, 33,
 
Məktubun mövzusunda vakansiyanın adını qeyd etməyinizi xahiş edirik.
Namizədlər müvafiq işə qəbul prosedurlardan keçirlər. Testi keçməyən şəxslərə iki həftə ərzində elektron poçt və ya telefon vasitəsi ilə məlumat verilir.
Mənbə azerjobs.com

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər