- 0 Komment
- 03 Oktyabr 2014
Vakansiya!Marketinq Departamenti üçün SORĞUÇU

FİNCA Azerbaijan-da karyera qurmaq imkanı
Vəzifə Marketinq Departamenti üçün SORĞUÇU
İşəgötürən “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı
Məqsəd:
Sorğuçu “FINCA Azerbaijan”-ın müştəriləri arasında qısa müddətli (təxminən 1 ay) sorğu keçirəcəkdir. Sorğular müsahibə üsulları ilə fərdi qaydada olacaqdır. Sorğuçu sorğu aparmaq üçün elektron alət və respondentlər haqqında lazımi məlumatlarla təmin ediləcəkdir. Sorğuçu diqqət etməlidir ki, sorğular məhz nəzərdə tutulan şəxslərdən götürülsün. Sorğu təlimi keçilmiş olan Sorğuçu sorğunun düzgün doldurulmasına cavabdehdir. Sorğuçular potensial respondentlər haqqında kifayət qədər ətraflı məlumat almaq üçün kredit şöbəsinin işçiləri ilə yaxından əməkdaşlıq edəcəklər. Onlar “FINCA Azerbaijan”-ın digər işçi heyəti ilə və müştərilər ilə müsbət iş əlaqələri saxlayacaqdır.
Qeyd edək ki, bu vəzifə üzrə işə götürüləcək şəxslərlə 1 ay müddətinə xidmət müqaviləsi bağlanması nəzərdə tutulur.
İş Öhdəlikləri:
Hazırlanmış sorğu blanklarının çapı və sortlaşdırılması;
Sorğu üçün təsadüfi seçilmiş FINCA müştəriləri arasında sorğu aparmaq;
Sorğu vərəqlərinin yoxlanılması;
Müştərilər haqqında ətraflı məlumat əldə etmək üçün kredit şöbəsinin işçiləri ilə əməkdaşlıq etmək
Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:
Azərbaycan dilində səlis danışmaq, Rus dilini bilmək üstünlükdür;
Daha öncə sorğularda iştirak etmək;
İnsanlarla asan ünsiyyət qurmaq;
Kredit işi ilə tanışlıq və ya öyrənmək arzusu;
Bitmiş və ya davam etməkdə olan ali / orta təhsil;
Sorğuçunun bölgələrə səfər etməsi nəzərdə tutulur.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 11 Oktyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№638/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın