Vakansiya!FİNCA Azerbaijan-da işləmək imkanı

Vakansiya!FİNCA Azerbaijan-da işləmək imkanı

Bölgələrdə çalışmaq istəyənlər üçün
 
Vəzifə İnzibati Köməkçi Tovuz filialı 
İşəgötürən FINCA Azerbaijan
 
İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:
 
Ali və ya orta texniki təhsil;
Peşəkar ofis mühitində müəyyən təcrübə;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Müştərilərlə davranış etikası.
Vəzifə öhdəlikləri:
 
Ofisə gələn zəngləri və şəxsləri qəbul etmək, onları ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirmək, ofis ləvazimatları və avadanlıqlarının təchizatına nəzarət etmək və bu kimi digər inzibati işlərdə dəstək göstərmək.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 oktyabr  2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№659/14) qeyd etməklə göndərə bilərsiniz.
 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
 
Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiz:
 
Ünvan: Tovuz, H.Aslanov küç.
Telefon: (022) 315 45 66; (055) 455 25 82
 
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər