Vakansiya!FİNCA Azerbaijan-da işləmək imkanı

Vakansiya!FİNCA Azerbaijan-da işləmək imkanı

 Ali təhsil (marketinq, kommunikasiya və ya aidiyyatı olan sahə arzuolunandır)
 
Vəzifə: Marketinq İşçisi
İşəgötürən: FINCA Azerbaijan
Məqsəd:
 
Marketinq İşçisi davamlı olaraq FINCA-nın reklam ehtiyaclarının araşdırılması, reklam vasitələrinin hazırlanması və inkişaf etdirilməsi, təşviqat materialına olan ehtiyacın müəyyən edilməsi, sifarişi və digər işlərin yerinə yetirilməsinə cavabdeh olacaqdır. Marketinq üzrə İşçi Marketinq İşçi Qrupu ilə yaxından əməkdaşlıq edərək Marketinq Şöbəsinin Menecerinə “FINCA Azerbaijan”-ın marketinq strategiyasını və marketinq büdcəsini hazırlamaq və həyata keçirməkdə köməklik göstərməlidir. Marketinq üzrə İşçi “FINCA Azerbaijan”-ın nüfuzunun artırılması və müştəri əhatəsinin genişləndirilməsi üçün digər şöbələr ilə səmərəli əməkdaşlıqlar quracaqdır.
 
İş Öhdəlikləri:
 
• Çöl, televiziya və radio reklamları daxil olmaqla, reklam və marketinq materiallarının hazırlanması və yayınlanmasının təmin edilməsi;
• Müxtəlif çap materiallarının hazırlanması və sifarişi;
• Müxtəlif bazar araşdırmalarının aparılması;
• Müxtəlif statistik məlumatların hazırlanması;
• Müxtəlif layihələrin icra olunmasına dəstək verilməsi;
• FINCA web səhifəsində və digər yerlərdə online reklam vasitələrində istifadə edilməsi;
• Təşviqat materiallarının ehtiyacının müəyyən edilməsi, sifarişi və paylanmasının təşkili;
 
Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:
 
• Ali təhsil (marketinq, kommunikasiya və ya aidiyyatı olan sahə arzuolunandır);
• Marketinq, reklam və araşdırma sahəsində təcrübə;
• Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
• Analiz və təşkilati bacarıqlar;
• Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda üzvlüyü;
• Vaxtaşırı Azərbaycanın digər bölgələrinə səyahət etmək mümkünlüyü;
• Qrafik dizayn proqramlarını bilənlərə üstünlük verilir.
 
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 20 Oktyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№636/14) qeyd etməklə göndərə bilərsiniz.
 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
 
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
 
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə jobseach.az

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər