Vakansiya! Dəmirbankdan ali iqtisadi təhsillilər üçün şöbə müdiri elanı

Vakansiya! Dəmirbankdan ali iqtisadi təhsillilər üçün şöbə müdiri elanı

Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla

 
Vəzifə: Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinə müdir
İşəgötürən: Demir Bank
İşin təsviri:
 
• Valyuta əməliyyatları üzrə bazar imkanlarını araşdırmaqla həm bankdaxili müştəri əməliyyatlarından, həm banklararası valyuta əməliyyatlarından gəlirliyin təmin edilməsi;
• Nağd valyuta bazarı üzrə əsas bazar iştirakçıları ilə münasibətlərin qurulması və yerli nağd valyuta bazarındakı gündəlik dəyişmələri yaxından izləməklə bankın nağd valyuta resurslarının effektiv idarə olunmasını və gəlirliyin təmin edilməsi;
• Beynəlxalq valyuta bazarlarında baş verən hadisələri yaxından izləyərək lazım gəldikdə limit çərçivəsində spekulyativ valyuta əməliyyatları aparmaqla gəlirliliyin təmin olunması;
• Yerli banklarla münasibət yaradaraq valyuta əməliyyatlarına vasitəçilik etməklə gəlirliliyin təmin olunması;
• Həmçinin düzgün məzənnə siyasəti yürütməklə bankın müştəriləri ilə valyuta əməliyyatlarından gəlirliliyin maksimallaşdırılması; 
• Yerli pul bazarlarında likvidlik vəziyyətinin müntəzəm olaraq nəzarətdə saxlanılması həmçinin banklarla münasibətlərin qurulması ilə qısamüddətli likvid resursları banklara optimal faiz dərəcəsi ilə yerləşdirərək gəlirliliyin təmin olunması;
• Həmçinin bankın resurs tələbatını təmin etmək məqsədi ilə yerli və xarici banklarla münasibətləri inkişaf etdirərək vəsait təminatının sığortalanması;
• İstər bankın likvidlik imkanları, istərsə də əvvəlcədən müəyyən olunmuş vəsait çərçivəsində qiymətli kağızlardan ibarət portfel yaradaraq gəlirliliyin təmin olunması;
• İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələri təhlil etməklə əməkdaşlıq yaradaraq kapital bazarlarına çıxışın təmin edilməsi və bu müəssisələrin qiymətli kağızları üzrə market meykinq fəaliyyətinin təşkili edilməsi; 
• Müxtəlif investorlarla əməkdaşlıq yaradaraq investorların anderraytinq və market meykinq üzrə birgə əməkdaşlığa cəlb edilməsi və yekun olaraq bu fəaliyyət növü üzrə gəlirliliyin təmin edilməsi;
• Bu məhsulun bankda effektiv tətbiqinə nail olmaqla satış planlarının icrasına köməklik göstərmək və gəlirliliyin əldə olunmasının təmin edilməsi; 
• Məhsulların yerli bazarda tətbiqinə dair “feasibility” araşdırması aparılaraq təkliflərin hazırlanması.
 
Namizədə qarşı tələblər:
 
• Təhsil: Ali – iqtisadi;
• Maliyyə sektorunda beynəlxalq sertifikatlara sahib olmaq;
• Ən azı 2 il maliyyə bazarlarında iş təcrübəsi; 
• Azərbaycan, Rus və İngilis dilləridə əla səviyyədə yazı və ünsiyyət bacarığına sahib olmaq;
• Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla;
• İdarəetmə bacarıqları, şöbənin işinin təşkili və idarə edilməsi; 
• Valyuta, qiymətli kağızlar, törəmə maliyyə alətləri, investisiya bankçılığı haqqında dərin biliklər;
• Peşəkar təqdimat və satış bacarıqları, satış sahəsində iş təcrübəsi.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinə müdir) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Xəbərlər