- 0 Komment
- 01 Oktyabr 2014
Vakansiya!Regional Əməliyyat meneceri işləmək istəyənlər üçün

FİNCA Azerbaijan-da karyera qurmaq imkanı
Vəzifə Regional Əməliyyat Meneceri
İşəgötürən FINCA Azerbaijan
FINCA International Afrika, Avrasiya, Latın Amerikası və Böyük Orta Şərq üzrə 23 ölkədə milyondan çox müştəriyə maliyyə xidmətləri göstərən, dünyanın ən qabaqcıl mikromaliyyə təşkilatlarından biridir.
Hal-hazırda “FINCA Azerbaijan” REGİONAL ƏMƏLİYYAT MENECERİ vəzifəsinə işçi axtarır.
Hesabat verir: Baş Əməliyyat Menecerinə
Əsas öhdəliklər:
FINCA filiallarının rəqabətə davamlığını, üstünlük və mənfəət hədəflərinə çatmağını təmin edir;
Əsas biznes heyətinin tələblərə cavab verən səriştəliliyini və yüksək səviyyəli texniki bacarıqla əməliyyat göstərməyini təmin etməyə məsuliyyət daşıyır;
FINCA məhsulunun, kredit qaydalarının məsuliyyətli şəkildə həyata keçirilməsini təmin edir;
İdarəetmə qrupunun bir üzvü kimi o, FINCA filiallarının ümumi performansı və fəaliyyətinə görə məsuliyyət daşıyır və strateji məsələlər üzrə qərar qəbul edilməsində iştirak edir;
Yalnız aşağıdakı şərtlərə uyğun gələn namizədlrə ərizə ilə müraciət edə bilərlər:
Biznesin İdarəedilməsi, Menecment, Maliyyə, İqtisadiyyat və ya bununla əlaqədar sahədə bakalavr dərəcəsi, yaxud bu sahədə iş təcrübəsi. Magistr dərəcəsi və ya bu sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək;
Ən azı bank və ya mikromaliyyə sahəsində, əməliyyatların idarəedilməsində 4 il iş təcrübəsi;
İdarə Heyətinin üzvü kimi təcrübə arzu olunandır;
Maliyyə institutları üçün strateji/əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində təcrübə;
Mükəmməl təşkilati, planlaşdırma, analitik və problem həll etmə bacarığı;
Yüksək səviyyəli müştəri xidmətləri və sahədə işləmək üçün hazırlıq;
Biznesin idarəolunması və danışıqlar aparılması sahələrində bacarıqlar;
Geniş işçi heyətinin həvəsləndirilməsi və idarə olunmasında təcrübə;
Əla ünsiyyət, əlaqə və təlim bacarıqları;
Yüksək texniki hesabat yazmaq və komputer bilikləri;
Səlis azərbaycan və rus dili bilikləri, yaxşı ingilis dili bilikləri olanlara üstünlük verilir;
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Ərizələrin (CV) son qəbul tarixi 10 Oktyabr 2014-cü ildir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı tarixindən
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “RƏM” və ya iş elanının nömrəsini (№619/14) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (012) 596 33 87
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın