Vakansiya!Xalq Bankda karyera qurmaq imkanı

Vakansiya!Xalq Bankda karyera qurmaq imkanı

Əmək haqqı  1000 AZN-dən 2330 AZN-dək
 
Vəzifə: Biznesin inkişafı İdarəsinin Marketinq və satışın təşkili şöbəsinin stajçı mütəxəssisi /baş mütəxəssisi
İşəgötürən: Xalq Bank
 
Vəzifə : (Biznesin inkişafı İdarəsinin Marketinq və satışın təşkili şöbəsinin stajçı mütəxəssisi,
kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi)
 
Qeyd 1: Bank təcrübəsi olmayan namizədlər əmək haqqı ödənilməklə (670 AZN) stajçı mütəxəssis götürülə bilər.
Qeyd 2: : Azərbaycan Respublikasının iri şirkətlərində (rabitə-telekommunikasiya, energetika və s.) iş təcrübəsi olan namizədlərə üstünlük verilə bilər.
 
İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə 
Şəhər: Bakı
 
Namizədə dair tələblər:
 
 Ali magistr təhsili;
 Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
 Marketinq informasiyalarının təhlili üçün Excell proqramına səlis yiyələnməli;
 Analitik düşünmə qabiliyyəti;
 Komanda işini bacarmalı və bankın digər funksional strukturları ilə işləmək bacarığı;
 Marketinq informasiyalarını emal etmək üçün marketinq alətlərinə sərbəst yiyələnməli və müvafiq olaraq istifadə bacarıqları;
 Təqdimat bacarığı:
 Marketinq planlaşdırma bilikləri;
 Marketinq auditinin  təşkili üzrə biliklər;
 Marketinq informasiya sistemləri;
 Məhsulların yaradılması, məhsul çeşidlərinin hazırlanması və sınaqların təşkili ilə bağlı biliklər;
 Marketinq alətlərinin istifadəsi ilə bağlı biliklər;
 Azərbaycan dilini müəkəmməl səviyyədə bilmək ( rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır).
 
İşin təsviri:
 
 Bankın marketinq siyasətini həyata keçirmək üçün zəruri informasiyaların toplanmasına, toplanmış informasiyaların emal edilməsinə dəstək göstərmək;
 İnformasiyaların strateji və taktiki planlarda istifadə edilməsinə dəstək göstərmək; 
 Bankın məhsullarının hazırlanması, məhsul təkliflərinin yaradılması zamanı zəruri olan daxili və xarici marketinq məlumatlarını əldə etmək;
 Məhsulun və məhsul konseptlərinin yaradılması prosesinin təşkilində informasiya dəstəyi göstərməli; 
 Müştəri seqmentləri üzrə məlumatları toplamalı , ilkin məlumatların əldə edilməsi üçün marketinq araşdırmalarının təşkilinə və icrasına dəstək göstərməli; 
 Seqmentlər üzrə müştəri profillərinin hazırlanması və marketinq təkliflərinin hazırlanmasında dəstək göstərməli;
 Marketinq planlarının icrası zamanı performans qiymətləndirmələri üçün informasiyalarının  əldə edilməsinə dəstək göstərmək;
 Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək;
 Servis sisteminin qiymətləndirilməsi , paylama kanallarının keyfiyyətinin ölçülməsi üçün informasiyaların toplanması və emalında dəstək göstərilməsi;
 Xidmət standartlarının ölçülməsi və qiymətləndirilməsində dəstəyin göstərilməsi:
 
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
 
Əlaqə vasitələri :
 
E - mail :  [email protected] 
Telefon:   (012) 404 43 39
Faks:  (012) 404 43 34
Mənbə jobsearch.az

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər