Vakansiya!FİNCA Azerbaijan-da işləmək imkanı

Vakansiya!FİNCA Azerbaijan-da işləmək imkanı

Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır) olmalıdır.
 
Vəzifə Hüquq işləri üzrə köməkçi
İşəgötürən FINCA Azərbaycan
 
Əsas vəzifə və öhdəlikləri:
 
Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün daim çalışmaq;
Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
Borcunu ödəməyən müştərilərə qarşı müvafiq xəbərdarlıq məktublarını göndərmək, iddia ərizələrini hazırlayaraq məhkəməyə göndərmək;
Hüquq Departamentinin fəaliyyəti zamanı inzibati işləri, sənəd dövriyyəsini təşkil etmək, kargüzarlığın müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək;
Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
 
Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır);
İstənilən sahədə 1 illik iş təcrübəsi və ya yüksək təhsil göstəricilərinin olması arzuolunandır;
Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini bilənlərə üstünlük veriləcəkdir;
Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
Təşkilat və onun missiyasına yüksək sadiqlik;
Əla şəxsi keyfiyyətlər;
Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
“FINCA Azərbaycan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 8 Oktyabr  2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№610/14) qeyd etməklə göndərə bilərsiniz.
 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
 
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
 
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
 
“FINCA Azərbaycan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər