- 0 Komment
- 12 Sentyabr 2014
Vakansiya!Kredit sahəsində çalışmaq istəyənlər üçün

Bölgələrdə çalışmaq imkanı
İşəgötürən FİNCA Azerbaijan
“FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı Zaqatala şəhərində yerləşən filialına “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər axtarır. Gənc Kredit İşçisi kimi seçiləcək namizədlər 40 gün davam edən layihənin sonunda imtahan verəcək və nəticədən asılı olaraq həmin şəxslərin Kredit İşçisi vəzifəsinə keçirilməsi müəyyənləşdiriləcəkdir.
TƏLƏBLƏR:
Ali və ya orta texniki təhsilli məzunlar;
Baza riyazi biliklər;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
GKİ layihəsinə müraciət etmək üçün iş təcrübəsinin olması vacib tələb deyildir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
FINCA məhsulları barədə ətraflı məlumat toplamaq, suallar yarandıqda Kredit Supervayzeri və yönəldiciyə müraciət etmək;
Kredit verilməsi prosesi ilə əlaqədar olan forma və sənədlərin doldurulmasını yönəldicidən öyrənmək;
Müştərilərin sosial-maliyyə vəziyyətinin təhlili prosesində iştirak etmək, formalarla tanış olmaq, formaların doldurulmasında yönəldiciyə yardım etmək;
Ehtiyac olarsa, yönəldici ilə birlikdə girova baxış keçirmək, girovun qiymətləndirilməsi ilə bağlı yönəldicidən öyrənmək və öyrəndiklərini dəqiqləşdirmək üçün suallar vermək;
Problemli müştərilərlə iş prosesində yönəldicini izləmək və s.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 26 Sentyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni və iş elanının nömrəsini (№586/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim etməyiniz xahiş olunur:
Ünvan: Zaqatala şəhəri, Vidadi küçəsi, Sosial Müdafiə Fondunun yaxınlığında;
Telefon: (0174) 5 21 18;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),
• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...
Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.
Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf
0 Komment
Şərh yazın