Vakansiya!Dəmirbankdan iş elanı

Vakansiya!Dəmirbankdan iş elanı

Ali təhsil (maliyyə, iqtisadi sahələrdə) mütləqdir.
 
Vəzifə: Strateji İnkişaf Departamentinə mütəxəssis
İşəgötürən: DəmirBank ASC
İşin təsviri:
 
 Ölkə və dünya iqtisadiyyatı, maliyyə bazarlarının təhlilinin aparılması;
 Bank sektorunun izlənilməsi və inkişaf tendensiyalarının təhlilinin aparılması;
 Bankın uzunmüddətli maliyyə planının qurulması layihəsində iştirak;
 Hədəflərin yerinə yetilməsi barədə hesabatın hazırlanmasında iştirak;
 Bankın Strateji baxışının və missiya hesabatının hazırlanması;
 Strateji inkişaf planının layihəsinin hazırlanması və bu plan əsasında illik taktiki planların layihəsinin hazırlanması və təhlil edilməsi;
 Strateji inkişaf planının və taktiki planın icrasının təhlili;
 Strateji hədəflərin icrası barədə illik hesabat layihəsinin hazırlanması;
 Bankın göstərdiyi bazarı və rəqiblər tərəfindən təklif olunan məhsul və xidmətlərin izlənməsi və inkişaf tendensiyalarının təhlili;
 Uzun müddətli maliyyə planının layihəsinin hazırlanılması;
 Maliyyə planının planlaşdırılmış və faktiki icra göstəriciləri arasında yaranan fərqlərin təhlili;
 Maliyyə planına düzəlişlərin edilməsi barədə təkliflərin verilməsi;
 Gəlir və xərc maddələrinin təhlil edilməsi;
 Optimallaşdırma və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsi;
 Maliyyə planlaşdırılması prosesinin təkmilləşdirilməsi barədə müvafiq təkliflərin verilməsi.
 
Namizədə qarşı tələblər:
 
 Komandada işləmək bacarığına malik olmalı;
 Ali təhsil (maliyyə, iqtisadi sahələrdə);
 Analitik və yaradıcı düşüncə tərzi olmalı;
 Sözügedən sahədə minimum 2 illik iş təcrübəsi;
 İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması; 
 Yaxşı təhliletmə və təqdimat bacarığı olmalı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 sentyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Strateji İnkişaf Departamentinə mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Mənbə jobsearch.az
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər